Dağıstanda 193 nəfər sudan zəhərlənib

  20 Yanvar 2020    Oxunub : 2046
Dağıstanda 193 nəfər sudan zəhərlənib
Dağıstanın Qızılyar şəhərində bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilən şəxslərin sayı 193 nəfərə çatıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cari ilin yanvarın 6-dan 20-dək kəskin bağırsaq infeksiyası diapnozu ilə 193 nəfər xəstəxanaya yerləşdirilib:

“Onlardan 103-ü uşaqdır. Daha 4-ü Tarumovski rayonundakı xəstəxanaya yerləşdirilib. Hazırda şəhərdə suyun hiperxlorlaşması davam edir”, - deyə Dağıstan Prokurorluğunun məlumatında qeyd olunub.

Azvision.az

Teqlər: Dağıstan