Ucarda bir ailə qəzaya düşdü - Yaralılar var

   Ucarda bir ailə qəzaya düşdü -    Yaralılar var
  20 Yanvar 2020    Oxunub:3274
Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Namiq Sabir oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı minik maşını Rasif Seyidovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə sürücü N.Əliyevin anası, 1948-ci il təvəllüdlü Əsmayə İslam qızı Qasımova, qızları - 2008-ci il təvəllüdlü Fəxri və 2012-ci il təvəllüdlü Şəxri Əliyevalar müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Ucar   Qəza  





Xəbər lenti