Goranboyda maşın qarda batdı, 4 nəfər xilas edildi

  21 Yanvar 2020    Oxunub : 2155
Goranboyda maşın qarda batdı, 4 nəfər xilas edildi
Goranboy rayonunun Buzluq kəndində, içərisində 4 nəfərin olduğu “VAZ” markalı minik avtomobilinin dağlıq ərazidə qarda bataraq qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Azvision.az

Teqlər: FHN   Goranboy   Qar