Prezident Davosda “Carlsberg Group”un rəhbəri ilə görüşdü - FOTO
Görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Cees’t Hart dövlətimizin başçısı tərəfindən son illərdə aparılan uğurlu islahatlardan, Azərbaycandakı əlverişli biznes və investisiya şəraitindən məmnunluğunu ifadə etdi, bu tədbirlərin biznes və rəqabət mühitinin sağlamlaşdırılması, həmçinin şəffaflığın artırılması üçün geniş imkanlar yaratdığını vurğuladı. Baş icraçı direktor “Carlsberg Group” olaraq xarici investor kimi bu islahatlara hər zaman dəstək verdiklərini və bu dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirdi. Cees’t Hart bu imkanlardan faydalanaraq Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətində olduqlarını qeyd etdi. O, həmçinin aidiyyəti hökumət qurumları ilə şəffaflığın, hesabatlılığın və mühasibatlılığın daha da yüksək səviyyəyə qalxması üçün əməkdaşlıq etdiklərini söylədi.
Söhbət zamanı bildirildi ki, bu ildən başlayaraq “Carlsberg Group” şirkəti kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşunu həyata keçirəcək və bu istiqamətdə artıq pilot layihələrin icrasına başlanılıb.
Azvision.az
Teqlər: Prezident İlham-Əliyev Davos Görüş