Sumqayıtda cibgirlər tutuldu - FOTO

Sumqayıtda cibgirlər tutuldu -  FOTO
  21 Yanvar 2020    Oxunub:5787
Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən sərnişin avtobuslarında cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, tədbir zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 7 saylı avtobuslarda cibgirlik edən iki nəfər şəhər sakini əvvəllər məhkum olunmuş Məmməd Məmmədov və Elnur Abbasov saxlanılıblar.



Araşdırma zamanı hər iki şəxsin avtobuslarda ümumilikdə 4 vətəndaşın cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilb. Qeyd edək ki, bu şəxslərin avtobuslarda cibgirlik etmələri nəqliyyat vasitələrində quraşdırılan müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb.



Faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.



E.Abbasov və M.Məmmədovun Sumqayıt, eləcə də paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.



Azvision.az



Teqlər: DİN   Sumqayıt  





Xəbər lenti