3 kiloqram narkotik dövriyyədən çıxarıldı

3 kiloqram narkotik dövriyyədən çıxarıldı
  21 Yanvar 2020    Oxunub:2669
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Bərdə RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Kürdborakı kənd sakini, əvvəllər məhkum olunan S.Mehdiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 19 qramdan artıq marixuana götürülüb. Davam etdirilən tədbirlərlə onun evindən isə əlavə olaraq 1 kiloqram 770 qram marixuana aşkar edilərək götürülüb.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan R.Mehdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 108 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa Salyan RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xurşud kənd sakini V.Mirzəyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 425 qram marixuana götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti