Bakıda evdən qadın meyiti tapılıb

  21 Yanvar 2020    Oxunub : 2197
Bakıda evdən qadın meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Səfərova Ofeliya Şahgəldi qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Meyit   Mənzil