Masallıda 2 otaqlı ev yanıb

  22 Yanvar 2020    Oxunub : 1759
Masallıda 2 otaqlı ev yanıb
Masallı rayonunun Qarğalıq kəndində yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın   Masallı   Ev