Beş evdən oğurluq edən şəxslər tutulub

Beş evdən oğurluq edən şəxslər tutulub
  22 Yanvar 2020    Oxunub:2703
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən 270 manat, qızıl-zinət əşyaları, təmir-tikinti alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Abasov və N.Məmmədov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 həyətyanı sahədən su mühərriki, 2 avtomobildən güzgü və maqnitofon, habelə N.Mustafayevanın içərisində ərzaq məhsulları və geyim əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşayev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti