Deputatlığa namizədin əmisi oğlu narkotikə görə həbs edildi

 Deputatlığa namizədin əmisi oğlu  narkotikə görə  həbs edildi
  23 Yanvar 2020    Oxunub:8358
Deputatlığa namizəd Qəribov Rəşad Fərhad oğlunun əmisi oğlu azadlıqdan məhrum edilib.
Azvision.az -ın məlumatın görə, Kürdəmir rayon məhkəməsinin 23 yanvar 2020-ci il tarixli hökmü ilə Qəribov Araz Fəxrəddin oğlu Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, narkotiklə həbs olunan Araz Qəribov Milli Məclisin III çağırış deputatı Fərhad Qəribovun qardaşı oğludur. Fərhad Qəribovun oğlu Rəşad Qəribov isə 57 saylı Kürdəmir Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti