Ağsuda yanğın baş verib

  25 Yanvar 2020    Oxunub : 1143
Ağsuda yanğın baş verib
Ağsu rayonunda ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində ikiotaqlı evdəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: FHN   Yanğın   Ev   Ağsu