Mərkəzi Banka daha bir baş direktor təyin edildi

 Mərkəzi Banka daha bir baş direktor təyin edildi
  27 Yanvar 2020    Oxunub:5077
Azərbaycan Mərkəzi Bankına (AMB) daha bir Baş direktor təyin olunub.
Azvision.az Mərkəzi Banka istinadən bildirib ki, bu vəzifəyə Fərid Tofiq oğlu Osmanov təyin edilib. Beləliklə, AMB-in baş direktorlarının sayı 6-dan 7-yə çatdırılıb.

Qeyd edək ki, F.Osmanov 2015-ci ilin sentyabr ayından 2020-ci ilin yanvar ayınadək İnformasiya texnologiyaları departamentinin direktoru vəzifəsində çalışıb. 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Azvision.az


Teqlər: MərkəziBank  





Xəbər lenti