Qubada sakinləri aldadan dələduz saxlanıldı - FOTO

  28 Yanvar 2020    Oxunub : 1498
Qubada sakinləri aldadan dələduz saxlanıldı - FOTO
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən rayonun Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, ilkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30000 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb. Belə ki, M.Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq, onların ümumilikdə 33.000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

Məmməd Mustafayevin digər analoji cinayətlərdə iştirakı da istisna deyil.

Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-yə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Azvision.az

Teqlər: DİN