Bakıda yanğın olub, sakinlər təxliyə edilib

Bakıda yanğın olub, sakinlər təxliyə edilib
  29 Yanvar 2020    Oxunub:2791
Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 32 m² olan 2 otaqlı mənzilin mətbəxində kombi aparatı yanıb.

Yanğın zamanı 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti