Bakıda liftdə qalan 7 nəfər xilas edilib

  30 Yanvar 2020    Oxunub : 1704
Bakıda liftdə qalan 7 nəfər xilas edilib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu,Səbail, Nərimanov və Xətai rayonları üzrə ayrı-ayrı ünvanlarda liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 6 müraciət daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 7 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az

Teqlər: FHN   Xilasetmə