Şəkidə qətl törədən qohumlar tutuldu

Şəkidə qətl törədən qohumlar tutuldu
  30 Yanvar 2020    Oxunub:3673
Yanvarın 29-da saat 20 radələrində Şəki rayon Polis Şöbəsinə yaşayış olmayan bir evin həyətində şəhər sakini, əvvəllər məhkum olunmuş Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə məlumat daxil olub.
DİN-dən Azvision.az -a bildirilib ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini O.Yusifli və onun qohumu A.Məmmədzadə müəyyən edilərək saxlanılıblar. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti