Gəncədə 4 avtoxuliqan saxlanıldı

Gəncədə 4 avtoxuliqan saxlanıldı
  30 Yanvar 2020    Oxunub:2760
Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri Nail Rzayev, Eldəniz Nəcəfov, Suliddin Novruzov və Taleh Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.

“Mercedes”, “VAZ-21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti