FHN köməksiz qalan 6 nəfəri xilas edib

FHN köməksiz qalan 6 nəfəri xilas edib
  31 Yanvar 2020    Oxunub:2242
Abşeron rayonunun Xırdalan şəhərində 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Bundan başqa, Bakı şəhərinin Nərimanov rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 nəfərin liftdən çıxarılması təmin edilib.

Digər məlumata əsasən, Ağdam rayonunda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Azvision.az


Teqlər: FHN   Kömək   Lift   Mənzil  





Xəbər lenti