İmişlidə mal-qara oğruları saxlanılıb

  31 Yanvar 2020    Oxunub : 1485
İmişlidə mal-qara oğruları saxlanılıb
İmişli rayon sakini Röyal Qasımov yanvarın 3-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus 22 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.
​DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Azvision.az -a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş İlkin Hüseynov, Fəxri Gözəlov və Zaur Yadigarov saxlanılıb.

​Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurlanan xırdabuynuzlu heyvanların müəyyən bir qismi maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.

​Ətraflarında aparılan araşdırmalar nəticəsində həmin şəxslərin digər cinayət əməlində də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxslərin ötən il noyabr ayının 21-də vətəndaşa məxsus 2 baş iribuynuzlu heyvanı oğurladığı da məlum olub. Faktlarla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN