Qarabağ kanalında batan qadının meyiti tapılıb

Qarabağ kanalında batan qadının meyiti tapılıb
  31 Yanvar 2020    Oxunub:2641
Yevlax şəhərinin Kolanı kəndində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan 1965-ci il təvəllüdlü Nəzərova Şöhlə Səfər qızının axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti