Bakıda evə basqın olub, ev sahibi bıçaqlanıb

  31 Yanvar 2020    Oxunub : 1391
Bakıda evə basqın olub, ev sahibi bıçaqlanıb
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Samux rayon sakini V.Rüstəmov yanvarın 27-də mənzilə aldatma yolu ilə girmiş naməlum şəxsin ona bıçaqla xəsarət yetirib oradan 300 ABŞ dolları apardığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini C.Quliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Azvision.az

Teqlər: DİN