Yeni ixtisasların yaradılmasına dair qərarın izahı

   Yeni ixtisasların yaradılmasına dair qərarın izahı
  31 Yanvar 2020    Oxunub:2080
Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na edilən dəyişiklikləri izah edib.
Nazirlər Kabinetindən Azvision.az -a verilən məlumata görə, “Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 30 yanvar tarixli 26 nömrəli qərarı “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na ölkə iqtisadiyyatı üçün önəmli əhəmiyyət kəsb edən sahələr üzrə bir sıra ixtisasların, o cümlədən “Dövlət informasiya sistemlərinin təhlükəsizliyi”, “Rəqəmsal hökümət”, “Neft-qaz çıxarmada nanotexnologiya”, “Süni intellekt”, “Məsafədən müşahidə”, “Dərman preparatlarının keyfiyyətinin təminatı” ixtisaslarının daxil edilməsini nəzərdə tutur.

Bu ixtisaslar üzrə yetişdirilən mütəxəssislər iqtisadiyyatda yaranan kadr tələbatının təmin edilməsi, yeni yaranan sahələr və iqtisadiyyan müasirləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Azvision.az



Teqlər:





Xəbər lenti