Altı evdən oğurluq edən şəxs tutuldu

Altı evdən oğurluq edən şəxs tutuldu
  31 Yanvar 2020    Oxunub:2860
Oğurluq etdiyinə görə tutulmuş İ.Zamanov barəsində Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayonda altı evdən 700 manat dəyərində qızıl-zinət əşyaları, elektrik naqili, samovar, kombi aparatı, velosiped və təmir-tikinti alətləri oğurlaması da müəyyənləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 10-da Nəsimi rayonundakı evlərin birindən 2200 manat məbləğində pul, 500 manat dəyərində qızıl-zinət əşyaları və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynzadə rayon polis idarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Suraxanı rayonunda üç evdən, üç həyətyanı sahədən və iki qarajdan 200 manat, ev quşları, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, qardaş olan iki yeniyetmə rayon polis idarəsinin 31-ci polis bölməsi əməkdaşları tərəfindən yaxalanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti