Bakıda əcnəbi vətəndaş qarət olundu

Bakıda əcnəbi vətəndaş qarət olundu
  01 Fevral 2020    Oxunub:2528
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yanvarın 31-də saat 3 radələrində H.Z.Tağıyev küçəsində 2 nəfərin ondan içərisində 1800 ABŞ dolları olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Səttarzadə və V.Yusubov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Səbail RPİ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Oğurluq  





Xəbər lenti