DİN Göygöldəki qəza ilə bağlı məlumat yayıb

  01 Fevral 2020    Oxunub : 1437
DİN Göygöldəki qəza ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 31-də, saat 22 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində kənd sakini A.Orucov idarə etdiyi “Ford Transit” markalı avtomobili yolun kənarında dayanan Şəmkir rayon sakini N.Murtuzayevə məxsus “ZİL” markalı avtomobilə vurub. Nəticədə A.Orucovun sərnişinlərindən Aidə Orucova hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.

Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza