Polis tapdığı pulu sahibinə qaytardı

Polis tapdığı pulu sahibinə qaytardı
  01 Fevral 2020    Oxunub:1975
Bakı metrosunda polis əməkdaşı yerdən 2139 manat pul tapıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, yanvarın 30-da polis serjantı Namiq Nəsibov "28 May" metrostansiyasında xidmət apararkən saat 18:40 radələrində 2139 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.

Elə həmin gün axşam saatlarında metroda pulunun itməsi ilə bağlı polisə müraciət edən İlahə Sadıqovanı şöbə rəhbərliyi qəbul edib. O, "28 May" metrostansiyasının çıxışındakı Bakı kart aparatının yanında 2139 manat pulunu unutduğunu deyib.

İtirdiyi pulun polis əməkdaşları tərəfindən tapılmasına görə sevindiyini bildirən İ.Sadıqova asayiş keşikçilərinə təşəkkürünü bildirib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti