"Xidmətin nümunəvi aparılması diqqət mərkəzindədir" - Bakı polisi

"Xidmətin nümunəvi aparılması diqqət mərkəzindədir" -    Bakı polisi
  01 Fevral 2020    Oxunub:2708
Üzərimizə düşən vəzifələrin yerinə yetirilməsində şəxsi heyətinin hazırlığı, xidmət intizamı həlledici rol oynayır.
Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, ictimai qaydanın, cinayətkarlıqla qətiyyətli mübarizədə insan hüquq və azadlıqlarının qorunması və vətəndaş məmnunluğunun təmin olunması polisin fəaliyyətində başlıca prinsiplərdəndir.

"Bu istiqamətdə şəxsi heyətin müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, icra intizamının yüksəldilməsi, bilik və bacarıqlarının təkminləşdirilməsi məqsədilə metodiki təlimlər keçirilməsi, xidmətin nümunəvi aparılması diqqət mərkəzindədir", deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: BŞBPİ  



Xəbər lenti