Ağdaşda ikimərtəbəli evdə yanğın olub

Ağdaşda ikimərtəbəli evdə yanğın olub
  02 Fevral 2020    Oxunub:3595
Ağdaş rayonunun Mürsəl kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 43 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti