Bakıda tanınmış idmançı dəm qazından boğularaq ölüb

   Bakıda tanınmış idmançı dəm qazından boğularaq ölüb
  03 Fevral 2020    Oxunub:9136
Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

22 yaşlı Arzuman Abbasov hamam otağında dəm qazından boğularaq ölüb. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Qeyd edək ki, Arzuman Abbasov MMA döyüş növü üzrə bir neçə dəfə ölkə çempionu olub.

Azvision.az


Teqlər: Sabunçu   İdmançı   Ölüm  





Xəbər lenti