Bakıda soyğunçuluq edən şəxs tutuldu

Bakıda soyğunçuluq edən şəxs tutuldu
  03 Fevral 2020    Oxunub:2027
Yanvarın 30-da Nərimanov rayonu, F.Yusifov küçəsində saat 16:50 radələrində naməlum şəxs Bakı şəhər sakini, 2002-ci təvəllüdlü N.Əlinin mobil telefonunu soyğunçuluq yolu ilə talayıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunan, Xırdalan şəhər sakini, 1997-ci il təvəllüdlü Elçin İbrahimov tutulub.

Azvision.az


Teqlər: Bakı-Polisi  





Xəbər lenti