Cinayət törədən 66 nəfər saxlanılıb

  03 Fevral 2020    Oxunub : 1413
Cinayət törədən 66 nəfər saxlanılıb
2020-ci il fevral ayının 1-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən son 2 gün ərzində törədilmiş 62 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Cinayət