“Yaşıl İncəsənət” sərgi-müsabiqəsinin qalibləri bəlli olub
Müsabiqənin məqsədi iqlim dəyişikliyi ilə mübarizə aparmaq, təsirlərin azaldılması üçün tədbirlər həyata keçirmək və ona uyğunlaşmaq yolunda zəruri addımlar atılmasıdır.
Həmçinin müasir incəsənətdə mənzərə və natürmort janrlarının rolunu və əhəmiyyətini artırmaq, gənc nəslin ətraf mühitin mühafizəsinə, Azərbaycanın relikt flora və fauna nümunələri və təbiət qoruqlarının bənzərsiz gözəlliklərinə maraq və diqqəti cəlb etmək əsas hədəflərdir.
Müsabiqənin münsifləri tərəfindən seçilmiş 3 ən yaxşı rəsm əsərinin müəllifləri xüsusi diplom və pul mükafatları ilə təltif ediliblər. Sərgidə 104 rəssamın əl işi sərgilənib.
“Yaşıl İncəsənət” III sərgi müsabiqəsi “Ekologiya ayı” layihəsi çərçivəsində keçirilib. Layihə çərçivəsində Şirvan və Qızılağac Milli Parklarında kiçik günəş enerjisi istehsal edən qurğular quraşdırılıb. Bu fəaliyyət CO2 tullantılarını azaltmaq üçün böyük töhfə olacaq.
Azvision.az
Teqlər: ASAN