Qazax sakini həmkəndlisini maşınla vurub öldürdü

Qazax sakini həmkəndlisini maşınla vurub öldürdü
  03 Fevral 2020    Oxunub:2233
Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 1-də saat 19 radələrində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində kənd sakini O.Yolçuyev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən həmkəndlisi Hilal Aqqıraxovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qazax   Piyada   Qəza  





Xəbər lenti