Paytaxtda oğurluq edən şəxslər tutulublar

  03 Fevral 2020    Oxunub : 1254
Paytaxtda oğurluq edən şəxslər tutulublar
Bakıda evdən və gözəllik salonundan oğurluq edən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 2-də Səbail rayonu ərazisindəki evlərin birindən 5 min manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Zeynalova Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş A.Həsənovun isə ətrafında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-də rayon ərazisindəki gözəllik salonlarının birindən 4500 manat oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN