Gənclər günü ilə bağlı konsert keçirilib

Gənclər günü ilə bağlı konsert keçirilib
  03 Fevral 2020    Oxunub:3951
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və MAG (Müasir Azərbaycan Gənci) verilişinin təşkilatçılığı ilə 2 fevral tarixində "Açıq Mikrofon" Gənclərin Musiqi Marafonu keçirildi.
Konsertin əsas aparıcısı Abbasağa Əlizadə aparıclıq marafonuna məşhur bloqerlər Taleh Yüzbəyov, Səfa Mehdi və Türanə Hüseynlini dəvət etdi. Minlərlə izləyicisi olan məşhurlar: Hiss, PRoMete, Rauf, Tomris, Samirə Əfəndi, Fariz İlyasov, Anar Bəylər, Ayaz Babayev, DJ Vebo və digər gənc ifaçılarla yanaşı hip-hop rəqsləri tədbirə xüsusi bir rəng qatdı.



Yüzlərlə gəncin iştirak etdiyi möhtəşəm konsertdə MAG-ın rəsmi facebook səhifəsində qeydiyyatdan keçən gənclər böyük səhnədə ilk çıxışlarını etdilər. Və bizə qoşulan aktiv, dinamik gənclər konsertdə əylənməklə yanaşı İrshad Electronicsin təqdim etdiyi Honor 9X mobil telefonu, Honor Band 5 və digər maraqlı hədiyyələr qazandılar.





Teqlər: MAG  





Xəbər lenti