Konsertin əsas aparıcısı Abbasağa Əlizadə aparıclıq marafonuna məşhur bloqerlər Taleh Yüzbəyov, Səfa Mehdi və Türanə Hüseynlini dəvət etdi. Minlərlə izləyicisi olan məşhurlar: Hiss, PRoMete, Rauf, Tomris, Samirə Əfəndi, Fariz İlyasov, Anar Bəylər, Ayaz Babayev, DJ Vebo və digər gənc ifaçılarla yanaşı hip-hop rəqsləri tədbirə xüsusi bir rəng qatdı.
Yüzlərlə gəncin iştirak etdiyi möhtəşəm konsertdə MAG-ın rəsmi facebook səhifəsində qeydiyyatdan keçən gənclər böyük səhnədə ilk çıxışlarını etdilər. Və bizə qoşulan aktiv, dinamik gənclər konsertdə əylənməklə yanaşı İrshad Electronicsin təqdim etdiyi Honor 9X mobil telefonu, Honor Band 5 və digər maraqlı hədiyyələr qazandılar.