Bir gündə üç piyada ölümü

Bir gündə üç piyada ölümü
  03 Fevral 2020    Oxunub:1931
Fevralın 1-də saat 21 radələrində Xocavənd rayonunun Yeni Xocavənd qəsəbəsi ərazisində rayon sakini V.Savalanov idarə etdiyi “VAZ-2013” markalı avtomobillə yolu keçən həmyerliləri Natiq Əlizadəni və İ.Hacızadəni vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə onlar xəstəxanaya yerləşdirilib, N.Əlizadə orada ölüb.

Bundan başqa fevralın 1-də saat 18 radələrində Ağcabədi rayonunun Rəncbərlər kəndi ərazisində Təzəkənd kənd sakini Z.Məmmədov idarə etdiyi “MTZ-80” markalı traktorla yolun kənarı ilə gedən kənd sakini Abbas Abbasovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Anoloji hadisə Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində də qeydə alınıb. Belə ki, kənd sakini O.Yolçuyev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən həmkəndlisi Hilal Aqqıraxovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti