Bakıda ev yanıb, xəsarət alan var

Bakıda ev yanıb, xəsarət alan var
  04 Fevral 2020    Oxunub:1707
Səbail rayonunda ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə nəticəsində ümumi sahəsi 32 kvadratmetr olan birotaqlı mənzildə əşyaların bir hissəsi yanıb.

Yanğın zamanı bir nəfər xəsarət alıb. Mənzil yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti