Ağsuda yanğın bir ailəni evsiz qoydu

Ağsuda yanğın bir ailəni evsiz qoydu
  05 Fevral 2020    Oxunub:3051
Ağsu rayonunda birmərtəbəli evdə yanğın olub.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayonun Ərəbmehdibəy kəndində, ferma ərazisində ümumi sahəsi 108 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 81 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti