Kürdəmirdə şirkətdən 20 minlik mal oğurlanıb

Kürdəmirdə şirkətdən 20 minlik mal oğurlanıb
  05 Fevral 2020    Oxunub:2604
Kürdəmirdə şirkətdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də rayon ərazisindəki MMC-lərdən birinə məxsus əkin sahəsindən suvarma sistemlərinin 20000 manat dəyərində 2 ədəd mühərrikini, 63 ədəd çiləyicisini və 69 metr mis naqilini oğurlamaqda şübhəli bilinənlər - Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti