Narkotacirdən 1 kq heroin götürüldü

  05 Fevral 2020    Oxunub : 1158
Narkotacirdən 1 kq heroin götürüldü
Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, narkotik vasitə ilə tutulan V.Məmmədovun ətrafında Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Abşeron rayonunun Quşçuluq yaşayış sahəsindəki evindən 1 kiloqram 100 qram heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN