Sumqayıtda evdən 56 yaşlı kişi meyiti tapılıb

Sumqayıtda evdən 56 yaşlı kişi meyiti tapılıb
  05 Fevral 2020    Oxunub:2229
Sumqayıtda mənzildən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1964-ci il təvəllüdlü Cəfərov Niyaz Şamil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti