4,5 kq narkotik dövriyyədən çıxarılıb

  05 Fevral 2020    Oxunub : 1026
4,5 kq narkotik dövriyyədən çıxarılıb
Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat həyata keçirilib.
Azvision.az -a verilən məlumata görə, Baş İdarəyə paytaxtın Nizami rayonunda bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Baş İdarənin əməkdaşlarının keçirdikləri tədbir zamanı həmin şəxs Bakı şəhər sakini Daşqın Axundzadə tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 25,870 qram narkotik vasitə olan marixuana aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq Daşqın Axundzadənin yaşadığı evdən əlavə 4 kiloqram 575,165 qram narkotik vasitə heroin, 2 kiloqram 140 qram güclü təsiredici xassəyə malik psixotrop maddə olan metamfetamin, ümumi çəkisi 27 qram olan 180 ədəd satışı qadağan olunan psixotrop tərkibli “Preqabalin” həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Daşqın Axundzadə şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə və psixotrop maddələr əldə edərək satışını həyata keçirib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri növbəti tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Masallı rayon sakini Fərhad Hüseynov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda, yəni 1 kiloqram 45 qram ola narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Daşqın Axundzadə və Fərhad Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirəli seçilib əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: DİN