Məhkum gizlətdiyi silahı polisə təhvil verib

  06 Fevral 2020    Oxunub : 1193
Məhkum gizlətdiyi silahı polisə təhvil verib
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.
Xidmətdən Azvision.az -a verilən məlumata görə, Penitensiar Xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının və Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilən Hüseynov Natiq Rafiq oğlu tutulmazdan əvvəl Binəqədi rayonu ərazisində yerləşən kənd qəbiristanlığında gizlətdiyi 1 ədəd “Deutsche Werk Erfort” markalı tapança və ona məxsus 1 ədəd sandıqçanı könüllü olaraq təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİM