Lerikdə meşə yanğını söndürülüb

Lerikdə meşə yanğını söndürülüb
  06 Fevral 2020    Oxunub:3043
Lerik rayonunda meşə yanğınının qarşısı alınıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 6-da, saat 14 radələrində, Lerik rayonunun Vizəzəmin meşəbəyliyində baş verən yanğın nazirliyin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən saat 15 radələrində söndürülüb. Yanğın zamanı 0,5 hektara yaxın ərazidə kol-kos və quru ot örtüyü yanıb.

Azvision.az


Teqlər: Yanğın  





Xəbər lenti