Bakıda mənzildən kişi meyiti tapıldı

Bakıda mənzildən kişi meyiti tapıldı
  07 Fevral 2020    Oxunub:2255
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Nuriyev Yusif Hacı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Mənzil   Meyit  





Xəbər lenti