Quba-Qusar yolunda ağır qəza - Ərəb turistlər yaralandı

   Quba-Qusar yolunda ağır qəza -    Ərəb turistlər yaralandı
  08 Fevral 2020    Oxunub:3767
Quba-Qusar yolunda baş verən qəzada turistlər yaralanıb.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, içərisində ərəb turistlərin olduğu “Mercedes Vita” markalı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Quba   Qəza   Turist  





Xəbər lenti