Bakıda anbar qarət edilib

  08 Fevral 2020    Oxunub : 1117
Bakıda anbar qarət edilib
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə fevralın 6-na keçən gecə rayon ərazisindəki anbarların birindən 2,5 tona yaxın soya yağının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Atakişiyev, Biləsuvar rayon sakinləri S.Əliyev və E.Əmirbəyli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN