Neftçalada yaşayış binasında yanğın söndürülüb - Yenilənib

Neftçalada yaşayış binasında yanğın söndürülüb -  Yenilənib
  09 Fevral 2020    Oxunub:4439
Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 8-də Neftçala şəhərindəki yanğının söndürülməsi barədə məlumat yayıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Neftçala şəhəri H.Əliyev prospekti 4 ünvanında yerləşən dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.

Əlavə məlumat veriləcək.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti