Bakıda külək binanın dam örtüyünü uçurub

Bakıda külək binanın dam örtüyünü uçurub
  10 Fevral 2020    Oxunub:3672
Bakının Binəqədi və Nəsimi rayonlarında su çəni və dam örtüyü insanların həyatı üçün təhlükə yaradıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda, binanın damında su çəninin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər su çənini yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Bundan başqa, FHN-nin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonunda binanın dam örtüyünün bir hissəsinin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər qopan hissəni yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Azvision.az



Teqlər: FHN   Külək  





Xəbər lenti